Şəhər ətrafında amansız döyüş: Rus ordusu mövqeləri darmadağın etdi | Icma.az
Teleqraf.com saytına istinadən Icma.az xəbər verir. Rusiya qoşunları Donetsk vilayətinin Pokrovsk şəhəri istiqamətində irəliləyirlər.
Teleqraf.com xəbər verir ki, bu barədə “DeepState” məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, hazırda ruslar şəhərdən cəmi üç kilometr aralıdadırlar.
Ukrayna ordusunun “Xortitsa” qoşun qrupunun sözçüsü Nazar Voloşinin deyib ki, Rusiya ordusu şəhər yaxınlığındakı Ukrayna mövqelərini dağıdıb və ya ələ keçiriblər: “Düşmən Novotroitskinin cənubundakı Vidrodjennı kəndində Pokrovski istiqamətində istehkamlarımıza hücum edib.
Uzun sürən döyüşlər nəticəsində iki mövqemiz darmadağın edilib, biri isə itirilib”.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu