Şəhər ətrafında şiddətli döyüş: Ərazilər ələ keçirildi

10.12.2024

Teleqraf.com saytına istinadən Icma.az xəbər verir.

Rusiya qoşunları son sutka ərzində Ukraynanın şərqində 10 yaşayış məntəqəsi ətrafında əraziləri və mövqeləri ələ keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə “DeepState” məlumat verib.

“Düşmən Novolenivka, Voznesenka, Plexovo, Aleksandriya, Qrodivka, Vidrodyenka, Petrivka və Sontsivka kəndləri yaxınlığında irəliləyib”, - nəşr bildirir.

Məlumatda qeyd olunur ki, ruslar Novotroyitski və Şevçenkoda da irəliləyərək, Pokrovsk şəhərinə (Donetsk vilayəti) doğru mövqelərini gücləndiriblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью