Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.
Kiyevdə enerji və istilik çatışmazlığı səbəbindən əksər sakinlər üçün yaşayış şəraiti ciddi şəkildə pisləşib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Enerji və Kritik İnfrastruktur üzrə katibinin müşaviri Olha Babiy “KSDU Media”ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, paytaxt həftələrdir elektrik enerjisi və istiliksiz qalır. Babiy vurğulayıb ki, ukraynalılar daimi elektrik kəsintisi riski ilə yaşamağa alışmalı və gələcək nəsillər enerji, istilik və su təchizatının istənilən an dayana biləcəyinə hazır olmalıdır.
O bildirib ki, şəhərdə yaşayış məhv olmaq üzrədir və insanların paytaxtda yaşaması artıq imkansız vəziyyətə gəlib.
Qeyd edək ki, daha əvvəl “Naftoqaz” elektrik şəbəkəsinin sabitləşdirilməsi üçün Avropa ölkələrindən elektrik enerjisi idxalının artırıldığını açıqlayıb. Şirkətin məlumatına görə, idxal olunan enerji artıq müəssisələrin tələbatının 50 faizdən çoxunu ödəyir.
Tahir Turan
Globalinfo.az