Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Tıxac çətinliyi reallıqdır və ondan qaçmaq mümkün deyil, çünki tıxacın qarşısını almaq üçün müəyyən tədbirlər görülməlidir".
Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev deyib.
Onun sözlərinə görə, dünya təcrübəsinə görə, bəzi zonalara ödəniş tətbiq olunur ki, sürücülər alternativ yolları seçsinlər:
"Məsələn, şəhərin mərkəzi ödənişli edilərsə, Yasamaldan gələn avtomobillər alternativ yolları istifadə edəcək. Bu, həmin ərazidə sıxlığın müəyyən qədər azalmasına səbəb olacaq. Digər çıxış yolu yoxdur və bu, dünya praktikasında da tətbiq olunur".
Ekspert bildirib ki, tıxac vergisi sürücülərin müəyyən ödəniş etməklə sıxlıq olan əraziyə daxil olmasını təmin edən bir mexanizmdir:
"Vacib işi olan sürücülər müəyyən məbləği ödəyərək həmin əraziyə daxil ola bilərlər. Bu sistem müəyyən çətinlik yaratsa da, əksinə, hərəkəti daha rahatlaşdırır və sıxlığı azaldır".
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev deyib.