Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Somnoloq həkim Roman Buzunov səkkiz saat yatmasına baxmayaraq insanın səhər özünü yorğun hiss etməsinin səbəblərini açıqlayıb.
Redaktor.az xəbər verir ki, onun sözlərini aif.ru nəşri yayıb.
Mütəxəssisin fikrincə, səhər yorğunluğunun əsas səbəbi yatmazdan əvvəl smartfonlardan istifadədir.
Buzunov qeyd edib ki, bu cür cihazlar yuxunun keyfiyyətinə bir neçə istiqamətdə mənfi təsir göstərir.
Onun sözlərinə görə, ilk növbədə, smartfonlardan istifadə yuxusuzluq riskini 50 faizdən çox artırır.
“Alimlərin məlumatına əsasən, yatmazdan əvvəl xəbərlərə və ya elektron poçta qısa müddətli baxış belə beynin aktiv rejimə keçməsinə səbəb olur, rahatlama və yuxuya getmə anını gecikdirir”, - deyə somnoloq izah edib.
Aytəkin TOFİQQIZI