Səhər oyanan kimi telefona baxırsınız?

30.06.2026

Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.

Statistika göstərir ki, smartfon istifadəçilərinin 80%-i yuxudan oyandıqdan sonra ilk 15 dəqiqə ərzində telefonunu əlinə alır. Bu vərdiş ilk baxışda zərərsiz görünsə də, neyrobioloqlar xəbərdarlıq edir: siz səhərinizi yox, bütün gününüzü məhv edirsiniz.

Yuxudan təzə oyanmış beyin yavaş-yavaş “Alpha” dalğalarından (sakitlik və yaradıcılıq vəziyyəti) “Beta” dalğalarına (aktiv fəaliyyət) keçməlidir. Biz isə gözümüzü açan kimi sosial şəbəkələri vərəqləməklə beynimizə kəskin bir info-hücum edirik. Gələn bəyənmələr (like), mesajlar və yeni xəbərlər beyində dopamin (həzz hormonu) partlaması yaradır.

Nəticədə:

Gün ərzində diqqət dağınıqlığı: Səhər tezdən ən yüksək dopamini alan beyin, günün növbəti saatlarında görülən normal işləri (oxumaq, yazmaq, hesabat hazırlamaq) darıxdırıcı hesab edir.

Səbəbsiz narahatlıq (Anksiyete): Səhər ilk gördüyünüz neqativ bir xəbər və ya kiminsə “mükəmməl” həyatını əks etdirən instaqram postu şüuraltında sizdə gərginlik və geri qalma qorxusu (FOMO) yaradır.

Həkimlər tövsiyyə edir ki, səhər yuxudan durduqdan sonra ilk 30 dəqiqə telefona toxunmayın. Beyninizə təbii şəkildə oyanmaq üçün şans verin. Bu sadə qayda gün ərzində enerjinizi və diqqət konsentrasiyanızı 40% artıracaq.

AzPost.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью