Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
Həkim Sebastyan La Rosa bildirib ki, səhər tezdən qəhvə içmək orqanizm üçün “şok” təsiri yaradır.
Redaktor.az xəbər verir ki, mütəxəssis bu haqda "El Confidencial" nəşrinə danışıb.
Rosa qeyd edib ki, oyanan kimi insanın bədəni digər vaxtlarla müqayisədə daha çox susuz qalır. Səhər saatlarında səkkiz saatlıq maye qəbul etməmək həm fiziki, həm də zehni fəaliyyətə mənfi təsir göstərir.
Ekspert həmçinin xəbərdarlıq edib ki, bu vaxt qəhvə içmək susuzluğu daha da dərinləşdirir. O əlavə edib: "Əvvəlcə su içmədən qəhvə içməyin. Bu, orqanizm üçün çox böyük şokdur".
Aytəkin TOFİQQIZI