Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Dietoloq və nutrisoloq Sofya Kovanova səhər qəhvəsinin necə düzgün içilməli olduğunu açıqlayıb.
Redaktor.az xəbər verir ki, həkim bu haqda lenta.ru-ya danışıb.
Onun sözlərinə görə, faydalı səhər qəhvəsinin əsas sirri onu səhər yeməyindən sonra və ya ən azı yeməklə birlikdə içməkdir. Mütəxəssis qeyd edib ki, qəhvəni acqarına içmək də mümkündür, lakin bu, müəyyən məhdudiyyətlərlə olmalıdır.
“Əgər sizdə qastrit, reflüks və ya yüksək turşuluq yoxdursa, qəhvəni acqarına içmək olar”, – deyə o bildirib. Bu kimi problemlər olduqda isə dietoloq yalnız qəhvədən deyil, hətta limonlu sudan da yeməkdən əvvəl uzaq durmağı tövsiyə edir.
Kovanova əlavə edib ki, qəhvə istifadəsində əsas şərt normanı aşmamaqdır. Gündəlik qəbul edilən miqdar 300-400 millilitrdən çox olmamalıdır. Həmçinin son fincan qəhvə yuxudan ən azı 6 saat əvvəl içilməlidir.
Aytəkin TOFİQQIZI