Şəhər rəhbərinin təşəbbüsü razılıqla qarşılandı

24.01.2026

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırığına əsasən, Gəncə şəhərindən olan və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinə həsr olunmuş videoçarx hazırlanıb. Videoçarxda Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi naminə şəhidlik zirvəsinə ucalmış qəhrəmanların fotoşəkilləri, həmçinin onlar haqqında qısa məlumatlar yer alıb.

Hazırlanan videoçarxın əsas məqsədi şəhidlərimizin unudulmaz xatirəsini daim yaşatmaq, gənc nəslə Vətənə sevgi və sədaqət hisslərini aşılamaq, eyni zamanda qəhrəmanlarımızın göstərdiyi misilsiz fədakarlığı bir daha ictimaiyyətin diqqətinə çatdırmaqdır. Təşəbbüs şəhid ailələri və sakinlər tərəfindən razılıqla qarşılanıb.

Qeyd edək ki, videoçarx xüsusi günlərdə Gəncə şəhərinin Heydər Əliyev adına Mərkəzi Meydanında quraşdırılmış iriölçülü monitorda nümayiş olunacaq.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Gəncə 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью