Səhər saat 7 də, qırmızı 07 də: İranda mollanı oğurladılar

25.08.2025

Icma.az, Tribuna portalına istinadən məlumat yayır.

İranın Bəlucistan əyalətinin Bezma şəhərinin imam cüməsi oğurlanıb.

Tribunainfo.az xəbər verir ki, rejimin qatı tərəfdarı olan Məcid Fəllahpurun kimlər tərəfindən oğurlandığı və hara aparıldığı məlum deyil.

Məlumatda bildirilir ki, o, namazdan sonra məsciddən çıxarkən naməlum şəxslər tərəfindən ağ rəngli maşına qoyaraq, naməlum istiqamətə aparıblar.

İlkin versiyalara görə, bu addımı Bəlucistandakı silahlı qruplaşmalar atıblar. Onlar İran rejiminə müxalifdirlər və silahlı mübarizədən başqa çıxış yolu görümürlər.

Fərda Uğur

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью