Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ölkə.az “Hraparak”a istinadən xəbər verir ki, bu barədə onun ofisi məlumat yayıb.
Bildirilib ki, R.Köçəryan avqustun 25-də səhər saatlarında ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb.
Nəşr onu da qeyd edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları R.Köçəryanın deputat oğlu Levon Köçəryanın evinə basqın ediblər.
Parlamentin “Ermənistan” fraksiyasının üzvü, deputat Mesrop Manukyanın sözlərinə görə, basqın səhər saat 7:00 radələrində baş verib.
O əlavə edib ki, hüquq-mühafizə orqanlarına təlimatlar birbaşa parlamentdən daxil olub.
L.Köçəryan Milli Təhlükəsizlik Xidmətinə (MTX) aparılıb. Əlavə təfərrüatlar hələlik məlum deyil.
Məlumata görə, Korrupsiyaya Qarşı Mübarizə Komitəsi bu səhər tezdən L.Köçəryanın mənzilində axtarış aparıb.
“İşxanutyun” nəşri də yazıb ki, parlamentdə “hökumət saatı”ndan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları Robert Köçəryan və oğullarına qarşı məhkəmə prosesi başlatmaq əmri alıblar.
“Nikol Paşinyan avqustun 24-də parlamentdə Levon Köçəryanla qızğın mübahisədən sonra qəzəblənib. Bu mübahisə zamanı Köçəryan Paşinyana müraciət edərək deyib: “Xalq bizə deyir: bu alçaq xain niyə hələ də hakimiyyətdədir?”, -nəşr yazıb.
Bu çıxışdan sonra Baş nazir o qədər qəzəblənib ki, Köçəryan ailəsinə qarşı tədbir görülməsi əmrini verib.
Mürtəza