Sia Az saytına istinadən Icma.az xəbər verir. Yel çərşənbəsi — Novruz bayramının üçüncü çərşənbəsidir.
Xalq arasında "Küləkli çərşənbə", "Külək oyadan çərşənbə", "Yelli çərşənbə", "Badi (külək) çərşənbə", "Nəfəs çərşənbə", Muğanın bir sıra kəndlərində isə "Heydər çərşənbə" adlandırılır.
Etiqadlara görə, bu çərşənbədə oyanan yel və külək dünyanı dolaşır, oyanmış suyu, odu hərəkətə gətirir, hər şeyə yeni nəfəs verir.
Ona görə bu çərşənbəyə xalq arasında "yelli-küləkli" çərşənbə deyirlər.
Yel çərşənbəsində əsən isti, soyuq küləklər yazın ilıq nəfəsini, hənirtisini, təravətini gətirir.
Gün ərzində bir neçə dəfə dəyişən külək yelin özünün təzələnməsi kimi də qəbul edilir.
SİA şəhər sakinləri arasında yel çərşənbəsini necə qeyd edəcəkləri ilə bağlı sorğu keçirib.
Şəhər sakini Aytən Səfərova: "Yel çərşənbəsi hava ünsürü ilə bağlıdır. Çərşənbələr bizə yazın gəlişindən xəbər verir.