Icma.az, Axsham.az saytına istinadən bildirir.
"Son Bakı səfərimdə həm də şəhərin yükünün inanılmaz artdığını gördüm. Şəhər sanki tıxac içində boğulur. Bir tərəfdə inanılmaz sıxlıq, digər tərəfdə isə dayanmadan tikilən yeni binalar, çəkilən yeni yollar…".
Axşam.az xəbər verir ki, bu sözləri ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova sosial şəbəkə hesabında yazıb. Aparıcı son Bakı səfəri ilə bağlı xatirələrini bölüşüb:
"Problem görəndə, istər-istəməz beynimdə alternativ yollar axtarıram. Düşünürəm, Bakının tıxaclarını azaltmaq üçün artıq klassik “bir zolaq da əlavə edək” mərhələsi çoxdan keçilib. Bakını xilas etmək üçün Bibi Heybət istiqamətindən Əhmədli istiqamətinə iki körpü atılmalıdır. Və ən əsası Bakı gec-tez iki mərtəbəli dəmir konstruktiyalı yollara keçməlidir. Vaşinqtondakı" Georgetown" ətrafında olduğu kimi, dəmir konstruksiyalı ikinci qat yollar tıxacı həll edə bilər. Bəli, şəhərin görüntüsünə bir az “çirkinlik” qatacaq, amma rahat hərəkətin də bir qiyməti var. İnsanlar ən dəyərli zamanlarını yollarda itirə bilməzlər. Təbii universitetlətin, böyük klinikaların şəhərdən çıxarılması da düşünülməlidir. Ən əsası yaşayış üçün digər iri şəhərlər yaradılmalıdır. Ya da Yaponiya variantı hazırlanmalıdır. Sürət qatarları, mərtəbəli dayanacaqlar və maşından istifadəyə qadağa".