Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Səhər yeməyi günün ən vacib öyünü hesab olunsa da, onun nə vaxt yeyilməsi sağlamlıq üçün daha kritik əhəmiyyət kəsb edir. Alimlər və diyetoloqlar maddələr mübadiləsini maksimum dərəcədə işlətmək və enerji səviyyəsini qorumaq üçün ideal saat aralığını açıqlayıblar.
Milli.Az xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yeməyi üçün ən ideal vaxt yuxudan oyandıqdan sonrakı ilk 60-90 dəqiqə ərzindədir.
Gecə boyu bədən "aclıq rejimi"ndə olur. Oyandıqdan qısa müddət sonra qida qəbul etmək qan şəkərini tənzimləyir və maddələr mübadiləsini "yandıraraq" gün boyu daha çox kalori xərcləməyinizə kömək edir.
Əgər səhər saat 07:00-da oyanırsınızsa, ən geci saat 08:00-a qədər süfrəyə oturmalısınız. Saat 10:00-dan sonraya qalan səhər yeməyi artıq "branç" (gecikmiş səhər yeməyi) hesab olunur ki, bu da bədənin ritmini poza bilər.
Əgər səhər yeməyini çox gecikdirsəniz və ya imtina etsəniz:
Qanda insülin dalğalanması: Günün irəliləyən saatlarında hədsiz aclıq hissi yaranır və bu, şəkərli qidalara meyli artırır.
Yorğunluq: Beyin və əzələlər ehtiyac duyduğu yanacağı (qlükozanı) vaxtında almadıqda diqqət dağınıqlığı və halsızlıq yaranır.
Bəzi araşdırmalar göstərir ki, əgər arıqlamaq məqsədiniz varsa, səhər yeməyini saat 08:00-da yeyib, axşam yeməyini saat 18:00-da bitirməklə "10 saatlıq yemək pəncərəsi" yaratmaq piy yanmasını sürətləndirir.
Lalə Qüdrətova
Milli.Az