Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Səhər yeməyini buraxmaq bağırsaqların fəaliyyətini poza, qarında diskomfort yarada və öd kisəsində daşların yaranma riskini artıra bilər.
Redaktor.az xəbər verir ki, bu barədə Atribeaute klinikasının qastroenteroloqu Anna Menşikova məlumat verib.
Həkimin sözlərinə görə, liflə zəngin səhər yeməyi (tam taxıllar, tərəvəz və meyvələr) bağırsaqların təbii işləməsini təmin edən qastro-kolik refleksi aktivləşdirir.
Səhər yeməyindən mütəmadi imtina isə bu refleksi zəiflədir, nəticədə qəbizlik və bağırsaq disfunksiyası yarana bilər.
Bundan əlavə, uzun müddətli aclıq funksional dispepsiyanın kəskinləşməsinə səbəb ola bilər.
Bu zaman acqarına ağrı, ürəkbulanma, şişkinlik və mədədə ağırlıq hissi müşahidə olunur.
Uzun fasilədən sonra ilk yemək həzm sisteminə əlavə yük yaradır.