Səhər yeməyində bu qidalardan uzaq DAYANIN

24.09.2026

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Səhər yeməyində şirniyyat və bəzi digər tez həzm olunan karbohidratların qəbul edilməsi gün ərzində aclıq və yorğunluğun artmasına səbəb ola bilər.

Redaktor.az xəbər verir ki, endokrinoloq Laura Bartolome günün ilk yeməyində müxtəlif bişmiş məhsullardan və şirələrdən uzaq durmağı tövsiyə edib.

Onun sözlərinə görə, şirniyyat kimi tez həzm olunan karbohidratlar qanda qlükoza və insulin səviyyəsinin sürətlə yüksəlməsinə səbəb olur. Təxminən iki saat sonra bu göstəricilərin yenidən aşağı düşməsi insanda aclıq və güclü yorğunluq hissi yarada bilər.

Mütəxəssis səhər yeməyində zülal və liflə zəngin qidalara üstünlük verməyi məsləhət görüb.

O, təbii qatıq, qoz-fındıq, toxum və yulafın daha uzun müddət toxluq hissi verə biləcəyini və yeməklər arasında qəlyanaltı etmək istəyini azalda biləcəyini bildirib.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью