Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
Almaniyada aparılan araşdırma səhər yeməyində yulaf sıyığı yeməyin sağlamlığa qısa müddətdə müsbət təsir göstərdiyini ortaya qoyub.
Demokrat.az xəbər verir ki, Bonn Universitetində aparılan tədqiqatda artıq çəkisi olan, yüksək təzyiq və yüksək qan şəkəri problemi yaşayan 32 qadın və kişi iştirak edib.
İştirakçılar iki qrupa bölünüb. Bir qrupdan iki gün ərzində gündə üç dəfə yulaf sıyığı istehlak etmələri istənilib.
Araşdırmanın nəticələrinə görə, gündə üç dəfə yulaf sıyığı yeyən şəxslərin pis xolesterin səviyyəsi 48 saat ərzində 10 faiz azalıb. Eyni zamanda bu şəxslər orta hesabla 2 kilo çəki itirib. İştirakçıların qan təzyiqində də azalma qeydə alınıb.
Bonn Universitetinin Qidalanma və Qida Elmləri fakültəsinin dosenti Marie-Christine Simon əldə olunan nəticələrin əhəmiyyətli olduğunu bildirib. Onun sözlərinə görə, bu təsir dərmanlarla müqayisə edilə bilməz.
Tədqiqatçılar bəzi dərmanların pis xolesterini 55 faizə qədər azalda bildiyini, lakin bu dərmanlardan hər xəstənin istifadə etmədiyini və təsirin şəxsdən şəxsə dəyişdiyini qeyd edib.
Araşdırma sağlam qidalanmanın ürək-damar sağlamlığında mühüm rol oynadığını bir daha göstərib.
Kənan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Demokrat.az xəbər verir ki, Bonn Universitetində aparılan tədqiqatda artıq çəkisi olan, yüksək təzyiq və yüksək qan şəkəri problemi yaşayan 32 qadın və kişi iştirak edib.