Səhər zəngini söndürmək daha çətin olacaq: iOS üçün yeni FUNKSİYA

08.10.2025

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Apple" şirkəti "iOS 26.1"in yeni "beta" versiyasında zəngli saat ekranının dizaynını yeniləyib. Məqsəd - istifadəçilərin səhvən zəngli saatı söndürməsinin qarşısını almaqdır.

Oxu.Az bu barədə "9to5Mac"ə istinadla xəbər verir.

Bildirilir ki, zəngi dayandırmaq üçün artıq böyük "Stop" düyməsini basmaq yox, ekranda "Slide to stop" jestini etmək lazım olacaq. Bu dəyişiklik səhv toxunuş nəticəsində siqnalın dayanma ehtimalını azaldır.

Dizayn dəyişikliyi, "iOS 26"nın sentyabrda təqdim edilən versiyasında böyük "söndür" və "təxirə sal" düymələrinin istifadəçilər arasında narazılıq yaratması səbəbindən həyata keçirilib. Yeni mexanizm həmçinin taymerlərə də tətbiq olunur.

"iOS 26.1"in bu ayın sonunadək bütün istifadəçilərə təqdim ediləcəyi gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью