Şəhərdə at oynadan avtoşlar belə tutuldu

18.02.2025

Icma.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Nəsimi rayonunda avtoxuliqanlıq edən iki sürücü saxlanılıb. AzPost bildirir ki, Nəsimi RPİ-nin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə həyata keçirilən növbəti tədbir zamanı paytaxt ərazisində idarə etdikləri nəqliyyat vasitələri ilə avtoxuliqanlıq edən iki sürücü – N.Məmmədov və E.Ağakərimli saxlanılıblar.

Həmin şəxslər barəsində toplanmış material və sübutlar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə N.Məmmədov və E.Ağakərimli cərimə edilməklə sürücülük hüquqları 1 il müddətinə məhdudlaşdırılıb.

“TikTok”da izləyin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью