Şəhərdə silahlı insident; 3 nəfər ölüb

03.12.2024

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

ABŞ-nin İllinoys ştatının Çikaqo şəhərində səkkiz nəfərin güllələnməsi, o cümlədən üçünün ölümü ilə nəticələnən silahlı insident baş verib.

Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə yerli “ABC 7 Chicago” şəhər polisinə istinadən bildirib.

Məlumata görə, hadisə yerli vaxtla bazar ertəsi günorta şəhərin cənub-qərbindəki Çikaqo-Loun rayonunda evdə baş verib. Qeyd olunub ki, ölənlərin hamısı kişidir. Yaralı beş nəfərdən üçü qadındır. Onlardan ikisinin vəziyyəti ağırdır.

Çikaqo Polis Departamentinin məlumatına görə, bütün zərərçəkmişlərin yaşı 20-35 aralığındadır.

Olayın səbəbi bəlli deyil. Saxlanılan yoxdur. Müstəntiqlər polisin bu evə ilk gəlişi olmadığına diqqət çəkiblər.

Qonşunun sözlərinə görə, evdə şənlik keçirilirdi, atəşdən öncə ondan çox insan evə girib-çıxırdı.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью