Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Sızanaqların qəfil peydə olması hər kəsin qarşılaşdığı və ən qısa zamanda həll etmək istədiyi problemlərdən biridir. Tamamilə yox etmək bir neçə gün çəksə də, şişkinliyi və qırmızılığı sürətlə azaltmağın sınanmış yolları var.
Demokrat.az bildirir ki, ilk növbədə iltihabı yatırmaq üçün buz üsulundan istifadə etmək olar. Təmiz parçaya bükülmüş buzu sızanağın üzərində bir neçə dəfə qısa müddətli saxlamaq gərginliyi və şişi dərhal azaldır. Bundan əlavə, tərkibində salisil turşusu və ya benzoil peroksid olan lokal kremlər sızanağı qurutmaq üçün ən effektiv vasitələr hesab olunur. Gecə yatmazdan əvvəl birbaşa problemin üzərinə çəkilən bu tərkibli məhsullar səhərə qədər onun ölçüsünü xeyli kiçildir.
Təbii üsullara üstünlük verənlər üçün çay ağacı yağı yaxşı alternativdir. Antibakterial xüsusiyyəti sayəsində sızanağın daxilindəki infeksiyanın yayılmasının qarşısını alır. Lakin dərini qıcıqlandırmamaq üçün bu yağı təmiz halda yox, azca seyrəldərək yalnız problemin üzərinə vurmaq lazımdır.
Ən vacib məqam isə sızanaqları sıxmamaqdır. Bu, infeksiyanın dərinin daha dərin qatlarına keçməsinə və sağalması aylar çəkən ləkələrin yaranmasına səbəb olur. Əgər sızanaqlar tez-tez və kütləvi şəkildə yaranırsa, kosmetik vasitələr yerinə dermatoloq müayinəsindən keçmək və daxili səbəbləri araşdırmaq daha doğru addımdır.
Aytən
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Demokrat.az bildirir ki, ilk növbədə iltihabı yatırmaq üçün buz üsulundan istifadə etmək olar. Təmiz parçaya bükülmüş buzu sızanağın üzərində bir neçə dəfə qısa müddətli saxlamaq gərginliyi və şişi dərhal azaldır. Bundan əlavə, tərkibində salisil turşusu və ya benzoil peroksid olan lokal kremlər sızanağı qurutmaq üçün ən effektiv vasitələr hesab olunur. Gecə yatmazdan əvvəl birbaşa problemin üzərinə çəkilən bu tərkibli məhsullar səhərə qədər onun ölçüsünü xeyli kiçildir.