Səhəri partlayışla açdılar... Yaralılar var

26.11.2026

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Qazax rayonunda evdə qaz partlaması nəticəsində iki nəfər yanıq xəsarətləri alıb.

"Yeni Sabah" "APA--ya istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Salahlı kəndində qeydə alınıb.

Kənd sakinləri, 1961-ci il təvəllüdlü M. Kəlayev və onun anası, 1939-cu il təvəllüdlü D. Kəlayeva yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Online shopping Azərbaycan

Hər iki şəxsə tibbi yardım göstərilib. M. Kəlayevin vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, ana və oğlu yaşadıqları evdə qaz sobasının partlaması nəticəsində xəsarət alıblar.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью