Şəhərin mərkəzində “Changan” aşdı, 3 nəfər xəsarət aldı VİDEO

03.07.2026

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Paytaxtın Nəsimi rayonu, İlqar Cümşüdov küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza iyulun 3-də günorta saatlarında qeydə alınıb. Belə ki, 77-SO-145 dövlət nömrə nişanlı “Changan” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Hadisə nəticəsində avtomobilə ciddi maddi ziyan dəyib. İlkin məlumata görə, qəza zamanı sürücü və avtomobildə olan iki sərnişin yüngül xəsarətlər alıb.

Əraziyə təcili tibbi yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью