Şəhərin mərkəzində “GÜLLƏ YAĞIŞI” Kriminal avtoritet bunu da etdi

10.06.2025

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hüquq-mühafizə orqanları Alibek Əliyevlə bağlı hərəkətə keçdi

Şimali Osetiyanın hüquq-mühafizə orqanları tanınmış kriminal avtoritet Alibek Əliyevin fəaliyyəti ilə ciddi maraqlanmağa başlayıblar.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Alibek Əliyevin saxlanması keçmiş sovet ölkələrində gündəmə “bomba” kimi düşüb.

Alibek Əliyev öz kriminal “karyerasına” faizlə pul verən şəxs – yəni faizlə borc verən kimi başlayıb. Bu fəaliyyət sahəsində böyük sərvət qazandıqdan sonra tikinti sektoruna daxil olub.

Qanunsuz tikinti fəaliyyəti: "Suvarovski" yaşayış kompleksində bina

Hal-hazırda Əliyev Osetiyanın Vladiqafqaz şəhərinin Xadartseva küçəsində çoxmərtəbəli yaşayış binası (JK “Suvarovski” kompleksinin korpusu) inşa etdirir. Tikinti işləri qanunsuz şəkildə aparılır.

Bütün bu fəaliyyətlərə baxmayaraq, sakinlərin dəfələrlə etdiyi şikayətlər və narazılıqlar tikinti işlərini dayandıra bilməyib.

Cinayətkar dairələrlə əlaqə və son hədd: şəhər mərkəzində atəş açılması

Avtoritet tez-tez kriminal söhbətlərdə iştirak edir, “qanuni oğrular” adından “borc məsələləri” üzrə görüşlərə gəlir. Onların kassalarını qeydinə qalır.

Lakin bu dəfə o, bütün sərhədləri aşıbVladiqafqazın mərkəzində atışma təşkil edərək cəmiyyətdə ciddi narahatlıq yaradıb. Bu hadisə hüquq-mühafizə orqanlarını hərəkətə gətirib və hazırda onun fəaliyyəti daha dərindən araşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью