Şəhərin mərkəzində söküntü işlərindən narazılıq (Video)

29.10.2026

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Evlər sökülür, sakinlərdən isə kimisi razılaşır, kimisi yox... 

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Bakının Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi 26 ünvanında yerləşən bəzi həyət evləri "Your home Rezidence" MTK tərəfindən sökülür. Sakinlər iddia edirlər ki, söküntü prosesi nizamsız şəkildə aparılır, kompensasiya məbləği onları qane etmir.

"Your home Rezidence" MTK-nın rəsmisi isə 68 mənzil sahibinin 40 faizi ilə razılığıq əldə olunduğunu bildirib. Sakinlərin digər iddiasını isə təkzib edib.

Şirkət rəsmisi bildirib ki, köçürülən sakinlərin kirayə haqları yaşayış kompleksi hazır olana qədər ödəniləcək və mənzillər tam təmirli şəkildə təhvil veriləcək.

Daha ətraflı videomaterialı təqdim edirik.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью