Şəhərin mərkəzində YOL ÇÖKDÜ: Nəqliyyatın hərəkətinə maneə yarandı VİDEO

05.03.2025

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

"28 may" Nəqliyyat Mübadilə Mərkəzində yeni çəkilən yolun müxtəlif hissələri çöküb. Eyni vəziyyət yolun 3 yerində müşahidə edilir və belə görünür ki, yeni çəkilən yol heç də dözümlü deyil.

Avtosfer.az-ın xəbərinə görə, hər gün bu ərazidən minlərlə insanı işə və evinə daşıyan avtobus sürücüləri yolda yaranan çökmənin nəqliyyatın rahat hərəkətinə maneə yaratdığını deyirlər.

Məsələ ilə bağlı aidiyyatı qurum AAYDA-dan isə bildirildi ki, ərazi onlar tərəfindən təmir olunmayıb, amma qurumun mütəxəssisləri problemin aradan qaldırılması üçün əraziyə baxış keçiriblər.

Daha ətraflı videomaterialda.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью