Şəhərin ortasında SUİ QƏSD: Generalın avtomobili partladıldı VİDEO

25.04.2025

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Rusiya paytaxtı Moskvada yaşayış binası yaxınlığında güclü partlayış baş verib. Partlayışa məruz qalan avtomobil daha sonra yanaraq tamamilə yanıb.

Bakupost.az Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisənin qəsdən törədildiyi, yəni planlaşdırılmış sui-qəsd ola biləcəyi ehtimal olunur.

Partlayış nəticəsində Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Əməliyyat İdarəsi rəisinin müavini Yaroslav Moskalik həyatını itirib.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanları və ekspert qrupları araşdırma aparır. Təhlükəsizlik tədbirləri gücləndirilib və rəsmi orqanlar əlavə məlumatın veriləcəyini bildiriblər.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью