Olke.az saytına istinadən Icma.az xəbər verir.
Ölkə.az "Lenta.ru"ya istinadla xəbər verir ki, həkim-somnoloq Pavel Kudinov erkən oyanmağı asanlaşdırmaq üçün yalnız bir zəngli saat qurmağı tövsiyə edib.
Həkimin sözlərinə görə, insan zəngli saatı 5-10 dəqiqəlik fasilələrlə bir neçə dəfə qurduqda səhər yuxusu dəfələrlə bölünür. Nəticədə oyanmazdan əvvəl əldə edilən əlavə istirahət gözlənilən gümrahlığı vermir.
P.Kudinov qeyd edib ki, bu halda oyanmaq daha xoşagəlməz olur və insan özünü yorğun hiss etməyə davam edir.
Somnoloq daha rahat oyanmaq üçün zəngli saatı yalnız ayağa qalxmalı olduğu vaxta qurmağı məsləhət görüb. Həmçinin telefon və ya saatı yataqdan uzaqda, otağın digər tərəfində saxlamağı tövsiyə edib. Bu, insanı yataqdan qalxmağa və daha tez ayılmağa məcbur edəcək.
Həmidə İbrahimova