Icma.az, Sherg.az saytına istinadən bildirir.
Türkiyənin şərq bölgələri Sibir soyuqları altında donub. Ardahan, Ağrı, Ərzurum, Qars, Van və Muşda qar qalınlığı metrələrlə ölçüldü, çaylar və göllər tamamilə buz bağladı. Yollar bağlıdır, kənd və yaşayış məntəqələrinə ulaşmaq tamamilə dayandı.
Sherg.az xəbər verir ki, Ardahanın Göle qəsəbəsində termometr -23°C, Ərzurumda isə -19°C göstərdi. Vətəndaşlar avtomobillərini örtməyə məcbur qaldı. Bələdiyyələr və qarla mübarizə qrupları yolları açmaq və buzlanmanı aradan qaldırmaq üçün dayanmadan işləyirlər.
Qərbdə isə Dənizli Çameli rayonunda qar qalınlığı 25 santimetr-ə çatdı, yerli qruplar qar təmizləmə və duzlama işlərini intensivləşdiriblər. Şərqdə həyat demək olar ki, dayanıb, kənd yolları bağlıdır, təcili vəziyyətlər üçün qruplar hazır vəziyyətdədir.