Səhərlər qəhvə içmək bədən üçün şok dur

07.02.2026

Icma.az, Bizim media saytına istinadən bildirir.

Həkim Sebastian La Rosa səhərlər qəhvə içməyin sağlamlığa mənfi təsir etdiyini bildirib.
Bizim.Media xəbər verir ki, "El Confidencial" qəzetinə verdiyi müsahibədə o, bu vərdişi "bədən üçün şok" adlandırıb.
La Rosanın sözlərinə görə, oyandıqdan dərhal sonra insan bədəni günün istənilən digər vaxtına nisbətən daha çox susuzlaşır. O, maye qəbulunda səkkiz saatlıq fasilənin həm fiziki, həm də idrak fəaliyyətinə mənfi təsir göstərdiyini vurğulayıb.
Mütəxəssis xəbərdarlıq edib ki, bu vaxt qəhvə içmək yalnız susuzlaşmanı daha da pisləşdirəcək. "Əvvəlcə su içmədən qəhvə içməyin. Bu, bədən üçün çox böyük bir şokdur", - deyə o əlavə edib. (e-saglam.az)
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью