Şəhərlərarası avtobus sürücüləri sükan arxasında nə qədər olmalıdır? VİDEO

14.07.2026

Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

Bir neçə saniyəlik diqqət yayınması, yoxsa uzun saatların yaratdığı yorğunluq?

Son qəza şəhərlərarası sərnişindaşımalarda sürücülərin iş və istirahət rejiminin necə təşkil olunduğu sualını yenidən gündəmə gətirib.
AZXEBER.COM-un Xezerxeber.az-a istinadən xəbərinə görə, yol hərəkəti qaydaları üzrə ekspertlər bildirirlər ki, sükan arxasında keçirilən vaxt birbaşa yol təhlükəsizliyinə təsir edən əsas amillərdəndir.
Ekspert Ərşad Hüseynov deyir ki, Nazirlər Kabinetinin qərarına əsasən sürücü gün boyu 8 saatdan artıq sükan arxasında ola bilməz. Olduğu halda da bu, hissələrə bölünməlidir. 
Ekspert deyir ki,  dünya təcrübəsində uzaq məsfələrə səfər edən sürücülərin qəza riksini azaltmaq üçün önləyici tədbirlər görülür. Bu, həm sürücünün yorğunluğunun qarşısını almağa, həm də sərnişinlərin təhlükəsizliyini təmin etməyə xidmət edir.

Qaydalarda olduğu kimi sürücülərin iş və istirahət qrafikinə nəzarət necə edilir?


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью