Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? EKSPERT

19.10.2026

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Müasir şəhərlərdə əhalinin kütləvi artımı nəticəsində ümumilikdə nəqliyyat, kanalizasiya, drenaj və digər kommunal sistemlər iflic vəziyyətə düşür. Xüsusilə drenaj sistemlərində ortaya çıxan problemlər sonradan qarşısıalınmaz nəticələri ortaya qoyur.

Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev öz sosial media hesabında qeyd edib ki, şəhərlərdə yağış sularının yaratdığı problemlərin səbəbi təkcə drenaj sistemlərinin gücü ilə bağlı deyil. Mövcud infrastrukturun düzgün istismarı və müntəzəm təmizlənməsi də həlledici əhəmiyyət daşıyır.

“Kommunal xidmətlərin fəaliyyəti və tikinti sahələrindən çıxan yük maşınlarının daşıdığı qum, palçıq və digər çöküntülər yağış suyu qəbuledicilərini doldura bilər. Vaxtında təmizlənmədikdə isə sistemin suötürmə qabiliyyəti azalır, nəticədə yağış sularının küçələrdə toplanması riski artır.

Burada iki istiqamət paralel aparılmalıdır:

Mövcud infrastrukturun qorunması:  yağış suyu qəbulediciləri, kollektorlar və drenaj xətləri mövsümi və ehtiyac yarandıqda əlavə olaraq təmizlənməli, onların vəziyyətinə daimi nəzarət edilməlidir.

Gələcək tələblərə uyğun inkişaf: şəhərlər böyüdükcə yeraltı drenaj şəbəkələri də genişləndirilməli, layihələndirmə zamanı intensiv yağıntılar və iqlim dəyişikliyinin təsirləri nəzərə alınmalıdır. Yaponiya təcrübəsi bu sahədə kompleks yağış sularının idarə olunmasının əhəmiyyətini göstərir.

Əsas prinsip sadədir: yeni infrastruktur qurmaq qədər mövcud infrastrukturu işlək vəziyyətdə saxlamaq da vacibdir. Şəhərsalma yalnız yeni yolların və binaların tikintisi deyil, həm də onların altında yerləşən sistemlərin düzgün idarə olunmasıdır”.

Səfər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью