Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 5 noyabr, AZƏRTAC
Şəhərlərin gələcəyini formalaşdıran layihələr, yeni investisiya imkanları və müasir memarlıq həlləri… Bakıda keçirilən “AIREX 2026” - Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi daşınmaz əmlak sektorunun beynəlxalq təcrübəsini, yeniliklərini və inkişaf perspektivlərini nümayiş etdirir. Sərgidə müasir yaşayış və kommersiya layihələri, innovativ texnologiyalar, fərqli memarlıq yanaşmaları və yeni əməkdaşlıq imkanları diqqət çəkir. “PASHA Property Management” şirkətinin təşkilatçılığı ilə keçirilən sərgidə 47 yerli, 14 xarici olmaqla ümumilikdə 61 şirkət iştirak edir.
AZƏRTAC-ın əməkdaşının “AIREX 2026” sərgisindən hazırladığı fotoreportajı təqdim edirik.
Fotoqraf - Səfiyar Məcnun