Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola komandanın "Tottenhem"lə qarşıdakı Premyer Liqa oyununda Erlinq Haalandın iştirakının hələ də məlum olmadığını bildirib.
Sportal.az xəbər verir ki, Premyer Liqanin 25-ci turunda "Nyukasl"la matçda dizindən zədə alan forvardın bəlirsizliyi davam edir.
Qeyd edək ki, mövsüm ərzində bütün turnirlərdə 27 qol vuran norveçli hücumçu zədə səbəbindən son turdakı "Liverpul" la (0:2) görüşün iştirak ərizəsinə daxil edilməyib. Hazırda "şəhərlilər" turnir cədvəlində 44 xalla 5-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi