“Şəhərlilər”dən həyəcanlı geri dönüş

09.08.2026

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

Mövsümöncəsi hazırlıq matçında İngiltərənin “Mançester Siti” və İspaniyanın “Atletiko” (Madrid) klubları üz-üzə gəliblər. Görüş “şəhərlilər”in 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Futbolpress.az xəbər verir ki, qarşılaşmada hesabı 43-cü dəqiqədə madridlilərin heyətində Xorxe Dominges açıb. İkinci hissədə təşəbbüsü ələ alan Mançester təmsilçisi geri dönüş edib. Ömər Marmuş 57-ci və 59-cu dəqiqələrdə dubl edərək komandasını önə keçirib, matçın nöqtəsini isə 90-cı dəqiqədə Rayan Ayt-Nuri qoyub.

“Mançester Siti” 2026/27 mövsümündə ilk rəsmi oyununa avqustun 16-da İngiltərə Superkuboku uğrunda “Arsenal”a qarşı çıxacaq. “Atletiko” isə avqustun 19-da La Liqanın I turunda “Malaqa” ilə qarşılaşacaq.

Yoxlama matçı

“Mançester Siti” (İngiltərə) – “Atletiko” (İspaniya) 3:1

Qollar: Xorxe Dominges, 43; Ömər Marmuş, 57, 59, Rayan Ayt-Nuri, 90

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью