Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Mançester Siti”nin hücumçusu Jeremi Doku “Arsenal”a qarşı keçirilən İngiltərə Superkuboku qarşılaşmasında (3:0) zədələnib.
Futbolpress.az xəbər verir ki, bu barədə “Nieuwsblad” nəşri məlumat yayıb.
Belçikalı vinger baldır əzələsində narahatlıq hiss etdiyi üçün “Arsenal”la matçın fasiləsində əvəzlənib. Məlumata görə, təcrübəli futbolçu Premyer Liqanın növbəti turunda “Bornmut”la görüşdə komandasına kömək edə bilməyəcək.
Doku son dövrdə kəskin tənəffüs yolu infeksiyası və topuq nahiyəsindəki zədə səbəbindən də problemlərlə üzləşmişdi. Məhz buna görə o, “şəhərlilər”lə mövsümlərarası təlim-məşq toplanışını tam şəkildə keçirə bilməyib.