“Şəhərlilər”in ulduzu katalanların hədəfində

14.09.2026

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Barselona” “Mançester Siti”nin ulduz hücumçusu Erlinq Haalandı 2027-ci ilin yayında heyətinə qatmaq planlarını nəzərdən keçirir.

Futbolpress.az xəbər verir ki, Kataloniya təmsilçisinin rəhbərliyi norveçli bombardirin gələn il klubunu dəyişmək variantına müsbət yanaşacağına ümid edir.

“Barselona”nın prezidenti Joan Laporta artıq Haalandın yaxın ətrafı və agentləri ilə təmas qurmağı hədəfləyir. Kataloniyalılar indiki mərhələdə rəsmi razılıqdan daha yox, 26 yaşlı forvardın gələcək planlarını və müqavilə şərtlərini öyrənməyə çalışırlar.

Transferin qarşısındakı ən böyük maneə isə maliyyə şərtləridir. “Göy-qırmızılar” bu keçidi reallaşdırmaq üçün büdcəsində ciddi boşluq yaratmalıdır. Buna baxmayaraq, rəhbərlik Haalandın gəlişinin komandaya həm idman, həm də kommersiya baxımından böyük təkan verəcəyinə əmindir.

Erlinq Haalandın “Mançester Siti” ilə qüvvədə olan müqaviləsi 2034-cü ilə qədər nəzərdə tutulub. “Transfermarkt” portalı norveçli ulduzun transfer dəyərini 220 milyon avro qiymətləndirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью