Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Səhhətində narahatlıq yarandı, millidən ayrıldı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
QOL.az AFFA-nın saytına istinadən xəbər verir ki, “Sabah”ın futbolçusu Cəfər Cəfərzadə səhhətində yaranan narahatlıq səbəbindən düşərgədən ayrılıb.
Onun əvəzinə “Qarabağ”ın oyunçusu Davud Abdullayev heyətə cəlb olunub.
Qeyd edək ki, iyunun 10-dək Qəbələdə hazırlıq keçəcək U-17 ayın 6-da və 9-da Qazaxıstanın müvafiq yaş qrupundan komandası ilə iki yoxlama oyunu keçirəcək.