Səhhətində problem yaranan Xalq artistinin SON DURUMU

19.02.2025

Yenicag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Şükür indi yaxşıdır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında müğənni, Əməkdar artist Rəhilə Bəndəliyeva bir neçə gün öncə səhhətində problemlər yaranan tarzən Xalq artisti Ceyran Haşımovanın sağlıq durumu barədə danışarkən deyib:

O, sənətkarın təzyiqinin düşməsi səbəbindən təngnəfəs olduğunu açıqlayıb:

Ceyran xanımın təzyiqi düşmüşdü, buna görə təngnəfəsliyi var idi. Şükür, indi yaxşıdır. Ümumiyyətlə, onun ürəyində olan problemləri var və buna görə tez-tez təzyiqi düşür-qalxır. Başqa heç bir yerində problem yoxdur. Evini özü yığışdırır, işini özü görür. Sadəcə olaraq efirlərə çıxmaq istəmir”.

Cəvahir

www.yenicag.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью