Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.
Aparıcı Vüsalə Əlizadə yenidən səhhətində problem yarandığını bildirib.
Axşam.az xəbər verir ki, aparıcı video yayımlayaraq özünü yaxşı hiss etmədiyini, təzyiqi qalxdığını vurğulayıb. Vüsalə bildirib ki, buna görə canlı yayıma da çıxa bilməyib.
O, artıq özünü yaxşı hiss etdiyini və efirə qayıtdığını əlavə edib.
Qeyd edək ki, V.Əlizadə iki dəfə böyrək transplantasiyası etdirib.