Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyəli aktyorlar Nilsu Berfin Aktaş və Oktay Çubuk eyni filmdə rol alacaq.
Axşam.az xəbər verir ki, aktyorlar “Bazı aşklar yarım kalır” adlı ekran işində baş rolları paylaşacaqlar. Filmdə Nilsu "Ela", Oktay isə "Ayaz" obrazına həyat verəcək.
Qeyd edək ki, Oktay bu ilin aprelində Portuqaliyanın paytaxtı Lissabonda səhhətində yaranan ciddi problem səbəbindən xəstəxanaya yerləşdirilmişdi. Aktyorun ürəyi dayanmış, həkimlərin müdaxiləsindən sonra yenidən fəaliyyətə başlamışdı. Daha sonra əməliyyat olunan Çubuk sentyabrda səhhətinin yaxşılaşdığını və yeni layihələr üçün görüşlər keçirdiyini açıqlamışdı. Sözügedən layihə onun səhhətindəki problemdən sonra çəkilişlərinə başlayacağı ilk işidir.