Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ölkə.az xəbər verir ki, bu, “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, güzəştli şəxslərin siyahısına şəhid ailələri də əlavə edilir.
Hazırda həmin güzəştdən müharibə ilə əlaqədar və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyənləşdirilmiş şəxslər, işləməyənlər, əlilliyi olan uşaqlar, qaçqınlar və məcburi köçkünlər yararlanırlar.
Təklif qəbul olunsa, şəhid ailələri mənzil və ya evin alqı-satqısı, eləcə də dəyişdirilməsi ilə bağlı notariat hərəkətlərinə görə dövlət rüsumu ödəməyəcəklər.