Şəhid ailələri üçün mənzillər: Hazırlıq başladı

24.05.2025

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Əlilliyi müəyyən edilmiş daha bir qrup şəxsə və şəhid ailələrinə Bakı şəhərində mənzillər veriləcək.

Yenisabah.az xəbər verir ki, bununla bağlı Sosial Xidmətlər Agentliyi hazırlıqlara başlayıb.

Agentlik əlilliyi müəyyən edilmiş daha bir qrup şəxsə və şəhid ailələrinə verilməsi üçün 40 ədəd birotaqlı, 40 ədəd ikiotaqlı, 20 ədəd üçotaqlı mənzilin satın alınması ilə bağlı müvafiq işlərə start verib.

Qurum mənzillərin satın alınmasına 8 milyon manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью