Şəhid ailələri ziyarət edilmişdir

11.08.2025

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

YAP Tərtər rayon təşkilatının əməkdaşları Əli Paşayev və Gündüz Alıkişiyev “Konstitusiya və Suverenlik İli” çərçivəsində torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan bir qrup şəhid ailələrini ziyarət etmiş, onların qayğıları ilə maraqlanmışlar.

Ziyarət edilmiş ailələrə ərzaq payı verilmişdir.

Şəhid ailələri Yeni Azərbaycan Partiyasının Sədri, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya xoş arzularını ifadə etmişlər.

E.G.Əsədov

YAP Tərtər rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью