Icma.az, Lent az portalına istinadən məlumat yayır.
Şəki şəhər İcra Hakimiyyətinin şöbə müdiri Tural Məmmədov həbs edilib.
Lent.az xəbər verir ki, sabiq şöbə müdiri dələduzluqda ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə cinayət işi başlanıb.
Məlumata görə, keçmiş məmur şəhid ailələri və qazilərə qarşı dələduzluq əməli törətməkdə şübhəli bilinib. O, polis tərəfindən saxlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.