Sitat.info portalından verilən məlumata əsasən, Icma.az bildirir.
I Qarabağ müharibəsi şəhidi Paşa Paşayevin atası, Beyləqan rayon, Əlinəzərli kənd sakini İbrahim Nəsirov qarşılaşdığı maddi-məişət problemləri ilə bağlı geniş videoreportaj hazırlamışdıq.
Link: https://www.youtube.com/watch?v=OJY2tRg98ro&t=184s Sitat.info-ya açıqlamasında şəhid atası mənzillə təmi olunması ilə bağlı Beyləqan Rayon İcra Hkimiyyətinə ərazi ilə müraciət etdiyini, lakin hələ də mənzillə təmin olunmadığını bildirib.
Bildirək ki, çəkiliş zamanı şəhid ailəsinin mənzilinin qəzalı durumda olduğunun şahidi olmuşduq.
Bu barədə icra hakimiyyətinin nümayəndələri də xəbərdar olduqlarını bildiriblər.
Məsələ ilə bağlı Beyləqan Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
Müharibə veteranları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Heybət Əliyev "Sitat.info"ya açıqlamasında bildirdi ki, şəhid ailəsinin mənzillə təmin edilməsi ilə bağlı ərizə qəbul edilib: Şəhid Paşa Paşayevin atası İbrahim Nəsirovun mənzil məsələsi ilə bağlı ərizəsini qəbul etmişik, evinin qəzalı durumda olduğu barədə də məlumatımız var, özümüz şahidi olmuşuq.
İbrahim Nəsirov Beyləqan Rayon İcra Hakimiyyətində 2020-ci ildə mənzil növbəsinə qeydiyyata alınıb və bu barədə Əmək və Əhalinin Müdafiəsi Nazirliyinə tərəfimizdən məktub göndərilib.