Şəhid ailəsi üzvü və qazi olan 26,2 min nəfərə dəstək göstərilib FOTO

09.04.2025

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Möhtəşəm Zəfər əldə etdiyimiz 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 26,2 min şəxsin məşğulluğuna dəstək göstərib.

Bakupost.az xəbər vgerir ki, onlardan 12,4 min şəxs özünüməşğulluq proqramına cəlb olunub və Agentlik tərəfindən aktivlərlə təmin edilməklə kiçik biznesləri qurulub.

Digərləri münasib iş yerləri ilə təmin edilib, habelə peşə hazırlığı kurslarına cəlb edilib. Kursları bitirən şəxslərin məşğulluğunun təminatı üçün də işlər görülüb.


Elmir,BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью