Şəhid anaları “Təbbəsüm” istirahət mərkəzində qonaq oldular FOTO

22.07.2025

Dogru.az saytına istinadən Icma.az xəbər verir.

“Qanları ilə rəşadət salnaməsi yazan şəhid balalarımızın ağ bircəkli anaları bu gün qonağımız oldu”. Bu sözləri “Təbbəsüm” Ailəvi İstirahət Mərkəzinin rəhbəri Akif Təbbəsüm sosial şəbəkə hesabında paylaşaraq bildirib.

Doğru.az xəbər verir ki, şəhid analarını mərkəzdə yüksək qonaqpərvərliklə qarşılayan rəhbərlik onların rahat istirahəti üçün bütün şəraitin yaradıldığını qeyd edib.

Akif Təbbəsüm paylaşımında şəhidlərimizin ruhuna dualar edərək, onların ailə üzvlərinə hər zaman dərin ehtiramla yanaşdıqlarını bildirib:

“Allah şəhidlərimizə rəhmət eləsin!”

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью