Şəhid anası dünyasını dəyişdi FOTO

21.07.2026

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Vətən müharibəsi şəhidi Vüsal Şakir oğlu Abdullayevin anası Əmirova Tamilə Vüsal qızı dünyasını dəyişib. Onun ürək tutmasından dünyasını dəyişdiyi deyilir.
Bizim.Media-nın yerli bürosunun verdiyi məlumata görə, şəhidin anası dünən yaşadığı Beyləqan rayonunun Sarısu qəsəbəsində dəfn olunub.
 

Vətən müharibəsi şəhidi Vüsal Şakir oğlu Abdullayev 1986-cı il 15 martda Beyləqan rayonunun Sarısu kəndində anadan olub. Onun ağır döyüş yolu Füzuli, Zəngilan, Cəbrayıldan keçib. Son döyüşü Qubadlı uğrunda olub.


Vüsal Abdullayev 22 oktyabr 2020-ci ildə Qubadlı uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub. Bir müddət nəşini götürmək mümkün olmayıb. Noyabr ayının 4-ü Vüsalın nəşi ailəsinə verilib. Elə həmin gün Vüsal doğulduğu Beyləqan rayonu Sarısu kəndinə gətirilib və Beyləqandakı Şəhidlər Xiyabanında dəfn olunub.



Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью