Şəhid anası: Oğlumu itirsəm də, ruhu əbədi mənimlə qalacaq

27.09.2026

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

"Vətən sevgisini hər şeydən uca tutaraq torpaqlarımızın azadlığı uğrunda canından keçən igidlərimiz heç vaxt unudulmur. Oğlumu itirsəm də, ruhu əbədi mənimlə qalacaq".

Bu fikirləri Oxu.Az-a açıqlamasında Vətən müharibəsi şəhidi, ədliyyə kapitanı Ruhin Xəlilovun anası Gülnaz Xəlilova deyib.

O, sözlərinə belə davam edib:

"Bu gün müharibənin başlandığı ilk gündür. Övladım işdən gəldi, axşam idi, dedi ki, ana, müharibə başladı, məni də çağırıblar. Oğlum ədliyyə işçisi idi. O, atasını, anasını, xanımını, körpə üç balasını qoyub Vətəni seçdi. Vətən uğrunda da şəhid oldu. Çox gözəl övlad idi, bu gün mənim üçün həm qürurlu, həm də kədərli gündür. Allah bütün şəhidlərimizə rəhmət eləsin!"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью